Bank Of Baku

Xocalı soyqırımının 15-ci ildönümü münasibətilə Ermənistanın Vyanadakı səfirliyi qarşısında aksiya keçiriləcək

Xocalı soyqırımının 15-ci ildönümü münasibətilə Ermənistanın Vyanadakı səfirliyi qarşısında aksiya keçiriləcək
# 14 fevral 2007 09:01 (UTC +04:00)
Avstriya-Azərbaycan Akademik Birliyindən APA-ya verilən məlumata görə, Vyananın mərkəzi küçələrindən olan Mariahilferştrasedən keçməklə Noybauqasse küçəsinədək keçiriləcək yürüş Ermənistan səfirliyinin qarşısında mitinqlə davam etdiriləcək. Yürüş zamanı iştirakçılar “Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoysun!”, “Ermənistan azərbaycanlılara qarşı törədilmiş soyqırımı tanımalıdır!”, “Erməni uşaq qatillərinə ar olsun!” şüarlarını səsləndirəcəklər. Aksiya iki saat davam edəcək, səfirlik önündə Ermənistan səfirliyinə ünvanlanmış bəyannamənin oxunuşu ilə başa çatacaq. Bəyannamənin oxunuşundan sonra isə Ermənistan səfirliyinin önünə soyqırımı əks etdirən stend qoyulacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR