Bank Of Baku

Fevralın 21-də Təbriz şəhər Məhkəməsində yenidən Abbas Lisaninin məhkəmə prosesi keçiriləcək

Fevralın 21-də Təbriz şəhər Məhkəməsində yenidən Abbas Lisaninin məhkəmə prosesi keçiriləcək
# 14 fevral 2007 10:16 (UTC +04:00)
“Fevralın 21-də Təbriz şəhər Məhkəməsində yenidən Abbas Lisaninin məhkəmə prosesi keçiriləcək. O Bəzz qalasın yürüşün təşkilində ittiham olunur”. Bu sözləri İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın liderlərindən biri Abbas Lisanin həyat yoldaşı Ruqəyya Lisani Ərdəbildən APA-ya eksklüziv açıqlamasında deyib. R.Lisani bildirib ki, həyat yoldaşının səhhətində heç bir irəliləyiş yoxdur və dəfələrlə edilən müraciətlərə baxmayaraq, həbsxana rəhbərliyi onun tibbi müayinədən keçməsinə şərait yaratmayıb. Həbsxanada A.Lisaniyə təzyiqlərin davam etdirildiyini deyən R. Lisani bu gün həyat yoldaşı ilə görüşdüyünü qeyd edib: “Dostlarının köməkliyi ilə həbsxana rəhbərliyindən razılıq ala bildik ki, mədəsindəki ağrıları qismən azaltmaq üçün ev yeməkləri ilə təmin olunmasına şərait yaratsınlar. Abbas Lisaninin vəziyyəti ilə bağlı beynəlxalq təşkilatların İran dövlətinə ünvanladıqları müraciətlərin də heç bir nəticəsi olmayıb. Onun azadlığa buraxılması isə müzakirə mövzusu deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR