Bank Of Baku

Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar Vaşinqton və Nyu-Yorkda nümayişlər keçiriləcək

Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar Vaşinqton və Nyu-Yorkda nümayişlər keçiriləcək
# 14 fevral 2007 10:18 (UTC +04:00)
Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar ABŞ-ın Vaşinqton və Nyu-York şəhərlərində nümayişlər keçiriləcək. APA-nın ABŞ bürosunun xəbərinə görə, nümayişlərdə azərbaycanlılarla yanaşı, türk diasporunun nümayəndələri də iştirak edəcəklər. Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri bildirib ki, rəhbərlik etdiyi cəmiyyət 40 ildir həm Amerika Türk Federasiyası, həm də Amerika Türk Cəmiyyətləri Assosiyasiyasının üzvüdür. Buna görə də hər iki təşkilat Xocalı soyqırımı ilə bağlı tədbirlərin təşkilində cəmiyyətə kömək edir. T. Azərinin sözlərinə görə, ABŞ polisi aksiya iştirakçılarının təhlükəsizliyini təmin edəcək.
Kalifroniya ştatında fəaliyyət göstərən Şimali Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Samir Lütfəliyev isə deyib ki, cəmiyyətin 1000-ə yaxın üzvü fərdi şəkildə Kalifroniya ştatından Konqresə seçilmiş senatorlar Barbara Bokser və Diana Feinşteyn, Konqresin aşağı palatasının spikeri Nensi Pelosi, qubernator Arnold Şvartsnegger və dövlət katibi Kondoliza Raysa Xocalı soyqırımı barədə məktublar yollayacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR