Bank Of Baku

Arif Hacılı: “ADP-nin Müsavata ünvanladığı müraciət bu partiyanın son vaxtlar qəbul etdiyi gülünc qərarların davamıdır”

Arif Hacılı: “ADP-nin Müsavata ünvanladığı müraciət bu partiyanın son vaxtlar qəbul etdiyi gülünc qərarların davamıdır”
# 14 fevral 2007 11:02 (UTC +04:00)
“ADP-nin Müsavata ünvanladığı müraciəti absurd sayıram. Başqa bir partiyaya fəaliyyət istiqaməti vermək təbii ki, ADP-nin son vaxtlar qəbul etdiyi gülünc və absurd qərarların davamıdır”. Bu fikirləri APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı söyləyib. ADP-nin Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin Müsavat Partiyasına ADP daxilində pozuculuq fəaliyyətini dayandırması ilə bağlı müraciətinə münasibət bildirən A. Hacılının sözlərinə görə, ADP daxilində gedən proseslər ümumilikdə demokratik düşərgəyə və cəmiyyətə ziyan vurur: “Guya Müsavat tərəfindən ADP-də gedən proseslərin idarə olunması fikrinin heç bir əsası yoxdur”. Qeyd edək ki, Təşkilat Komitəsi analoji müraciətlə “Azərbaycanda Demokratiya Uğrunda” Beynəlxalq Cəmiyyətə və “Bakı Xəbər” qəzetinə də müraciət edib. Beynəlxalq cəmiyyətin Azərbaycan bölməsinin rəhbəri Zəminə Dünyamalıyeva sözügedən müraciətlə mətbuatdan tanış olduğunu deyib və səslənən ittihamların əsassız olduğunu bildirib. “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə Təşkilat Komitəsini tanımadığını bildirib: “Mən Ali Məclisin üzvü kimi qurumun növbəti iclasına hazırlaşıram və bu ittihamları qəbul etmirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR