Bank Of Baku

KXCP müxalifət partiyalarından cavab gözləyir

KXCP müxalifət partiyalarından cavab gözləyir
# 14 fevral 2007 12:13 (UTC +04:00)
“Fevralın sonu və ya gələn ayın əvvəlinə qədər siyasi partiyaların vahid güc mərkəzinin yaradılması ilə bağlı təklifimizə cavab gözləyəcəyik. Bundan sonra birlikdə təmsil olunmaq istəyən partiyaların adları elan olunacaq”. Bu sözləri APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. O, müəyyən gücə malik bütün müxalif partiyaların yeni birlikdə təmsil olunmasını istədiklərini bildirib. M. Mirəlioğlu yeni qurumun formalaşdırılması istiqamətində bütün təklifləri müzakirə etməyə hazır olduqlarını da deyib.
AMİP sədri Ayaz Rüstəmov KXCP-dən daxil olan müraciəti yaxın günlərdə Siyasi Şurada müzakirə edəcəklərini söyləyib: “Yəqin ki, vahid güc mərkəzinin yaradılması ilə bağlı bizim də təkliflərimiz olacaq”. AXCP sədrinin müavini Həsən Kərimov isə belə bir müraciət almadıqlarını söyləyib. ADP-nin qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu deyib ki, müraciətlə tanışdır, lakin məlum səbəblərdən hələlik cavab vermək imkanında deyil. Müsavat Partiyasından bildirilib ki, KXCP-nin müraciəti partiya rəhbərliyində müzakirə olunur və iki gün ərzində cavab veriləcək. Ümid Partiyası mətbuat xidmətinin rəhbəri Ənvər Ağayev isə artıq müraciəti cavablandırdıqlarını söyləyib. Onun sözlərinə görə, təşəbbüsü alqışlasalar da, cavab məktubunda bəzi məqamlara aydınlıq gətirilməsini də istəyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR