Bank Of Baku

Ayaz Rüstəmov: “İran səfirliyi qarşısında keçirəcəyimiz aksiyalarla bağlı müxalifət partiyalarına müraciət etməyəcəyik”

Ayaz Rüstəmov: “İran səfirliyi qarşısında keçirəcəyimiz aksiyalarla bağlı müxalifət partiyalarına müraciət etməyəcəyik”
# 14 fevral 2007 13:13 (UTC +04:00)
“Güney Azərbaycanda baş verən hadisələrlə bağlı Bakıda bütün partiyaların iştirakı ilə mitinqlərin keçirilməsinə ehtiyac var. Bununla bağlı biz yaxın vaxtlarda məsləhətləşmələrə başlamaq niyyətindəyik”. Bu fikirləri APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Ayaz Rüstəmov bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı partiyanın Mərkəzi Şurasının fevralın 25-də keçiriləcək iclasında ilkin müzakirələr aparılacaq. Həmin vaxta qədər isə AMİP İranın Azərbaycandakı səfirliyinin binası qarşısında bir neçə aksiya keçirmək niyyətindədir. A. Rüstəmov bildirib ki, hazırkı aksiyalarla bağlı müxalifət partiyalarına hər hansı müraciət olunmayacaq: “Amma mitinq təyin olunacaqsa, o zaman digər partiyalara aksiyada iştirakla bağlı müraciət ünvanlanacaq”. A. Rüstəmov onu da qeyd edib ki, Mərkəzi Şuranın iclasında ölkədə qiymət artımı ilə bağlı məsələ müzakirə olunacaq və Siyasi Şuranın, Mərkəzi Şura sədrinin hesabatları dinləniləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR