Bank Of Baku

YAP-ın 400000-ci üzvünə vəsiqə təqdim edilib

YAP-ın 400000-ci üzvünə vəsiqə təqdim edilib
# 14 fevral 2007 14:05 (UTC +04:00)
BAKI. Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın 400 000-ci üzvünə vəsiqənin təqdimatı mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, insanların, bütövlükdə cəmiyyətin inamı olmasaydı, YAP bu qədər nailiyyətlər əldə etməzdi. O, ötən il YAP-a 25 mindən artıq üzv qəbul olunduğunu açıqlayıb. Hazırda partiyanın 400 mindən artıq üzvü olduğunu vurğulayan Ə. Əhmədov onların 150 minindən çoxunu, yəni üzvlərin 38%-ni gənclərin təşkil etdiyini deyib. Onun sözlərinə görə, 2008-ci il prezident seçkilərində yenidən YAP-ın namizədi olacaq dövlət başçısı İlham Əliyevin uğur qazanacağına şübhə yoxdur. Sonra Ə. Əhmədov YAP-ın 400 000-ci üzvü olan Kəmalə Babayevaya üzvlük vəsiqəsini təqdim edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR