Bank Of Baku

Avropa Şurasında maliyyədən sui-istifadə və “pulların yuyulması” mövzusunda toplantı keçiriləcək

Avropa Şurasında maliyyədən sui-istifadə və “pulların yuyulması” mövzusunda toplantı keçiriləcək
# 14 fevral 2007 14:05 (UTC +04:00)
Fevralın 21-23-də Avropa Şurasında Maliyyədən Sui-istifadə ilə Mübarizə üzrə Beynəlxalq Qrupun (FATF) və “Pulların Yuyulması” ilə Mübarizənin Qiymətləndirilməsi üzrə Avropa Şurasının ekspertlər Komitəsinin (MONEYVAL) ilk birgə iclası keçiriləcək. APA-nın Avropa bürosunun məlumatına görə, pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə keçiriləcək görüşdə 400-dək ekspert iştirak edəcək. Görüşdə FATF-ın Türkiyəyə, MONEYVAL-ın isə Gürcüstana dair hesabatları dinləniləcək, Kiprdə əldə olunmuş nəticələr barədə müzakirələr aparılacaq. APA-nın Avropa müxbirinin AŞ-dən əldə etdiyi məlumata görə, toplantıda Azərbaycan və Ermənistanla bağlı da müzakirələrin aparılacağı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR