ATƏT sədri Migel Anhel Moratinos: “Azərbaycan və Ermənistan rəhbərlərinin münaqişəni sülh yolu ilə nizamlamaq cəhdləri məni qane edir”
- Cənab Moratinos, ATƏT sədri kimi ilk addımlarınızdan biri Minsk Qrupunun həmsədrləri ilə görüş olub. Görüşdə hansı məsələlər müzakirə olunub?
- İspaniyanın ATƏT-ə sədrliyi dövründə fəaliyyət prioritetlərindən biri quruma üzv ölkələrdə mövcud münaqişələrin həlli məqsədilə əməkdaşlıq etməkdir. Biz hesab edirik ki, bu və ya digər münaqişəyə cəlb olunan ölkələr prosesin antaqonist tərəfləri olmamalı, eyni mövqedən çıxış etməlidir. Mən ATƏT-in Minsk Qrupunun həmsədrlərini bu məsələdə tam dəstəkləyirəm - münaqişə sülh yolu ilə nizamlanmalı və hər iki tərəfi razı salan həll yolu tapılmalıdır. Son görüşümüzdə həmsədrlər məni fəaliyyət dövrlərində münaqişə tərəfləri ilə əlaqələrinə dair məlumatlandırdılar. Bundan başqa, onlar münaqişənin daha optimal həlli üçün əməkdaşlığa dair fikirlərini mənimlə bölüşdülər.
- Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış hazırkı situasiyanı necə qiymətləndirirsiniz?
- ATƏT-in Minsk Qrupu həmsədrləri və şəxsi nümayəndəmlə qeyd etdiyim görüşdən sonra mənzərə mənim üçün daha da aydınlaşıb və münaqişənin nizamlanması prosesi ilə bağlı vəziyyəti qənaətbəxş hesab edirəm. Azərbaycan və Ermənistan rəhbərlərinin münaqişəni sülh yolu ilə nizamlamaq cəhdləri məni qane edir.
- ATƏT sədri kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində atacağınız addımları müəyyənləşdirmisinizmi?
- Bir qədər əvvəl qeyd etdim, danışıqlar prosesini yumşaltmaq istiqamətində fəaliyyət göstərmək mənim əsas arzumdur. Ümid edirəm ki, bu il Dağlıq Qarabağ münaqişəsinin tərəfləri olan ölkələrin rəsmi şəxsləri və hökumət nümayəndələri ilə görüşəcəyəm. Məqsədim tərəflərin problemə hansı müstəvidən yanaşmasını bir daha aydınlaşdırmaq və mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün addımlar atılmasına yardım göstərməkdir.
- Münaqişənin nizamlanmasında nəzərə çarpan tərəqqi baxımından 2006-cı ili necə dəyərləndirirsiniz?
- 2006-cı il Dağlıq Qarabağ münaqişəsinin həllində irəliyə doğru addımlar atılması baxımından pozitiv il olub. Buna görə ATƏT-in Minsk Qrupunun həmsədrlərinə və “Praqa prosesi” çərçivəsində konstruktiv görüşlər keçirən Azərbaycan və Ermənistan prezidentlərinə, xarici işlər nazirlərinə təşəkkürümü bildirirəm. ATƏT ötən ilin dekabrında səslənmiş təşəbbüsləri alqışladığını bəyan edib və münaqişənin nizamlanmasına dair sülh prosesində aktivlik nümayiş etdirilməsini alqışlayıb. Hesab edirəm ki, bu istiqamətdə cəhdlər gələcəkdə də davam etdirilməli, səylər daha da gücləndirilməlidir.
- Bakıya səfərinizin vaxtı dəqiqləşibmi? Bizdə olan məlumata görə, səfəriniz zamanı həm də İspaniyanın Bakıda səfirliyinin açılışı olacaq...
- Azərbaycan və Ermənistana səfərim yəqin ki, bu ilin yayına qədər gerçəkləşəcək. Belə görürəm ki, siz İspaniyanın Azərbaycanda səfirliyinin açılması ilə bağlı ətraflı məlumata maliksiniz. Əminəm ki, bu niyyətimizi 2007-ci ildə həyata keçirə biləcəyik.
- ATƏT-ə sədrlik edəcəyiniz 2007-ci il ərzində fəaliyyət prioritetlərinizi açıqlaya bilərsinizmi?
- ATƏT ərazisində təhlükəsizlik və quruma üzv ölkələr arasında sıx əməkdaşlıq ATƏT-in əsas prinsiplərindən olaraq qalır, İspaniyanın quruma sədrliyi dövründə də bu prinsiplər prioritet təşkil edəcək. Qeyd etdiyim əməkdaşlığa ATƏT üzvü ölkələr arasında sıx və davamlı dialoq nəticəsində nail olmaq mümkündür. Siyasi və hərbi məsələlərə gəldikdə, biz terrorizmə qarşı mübarizəni daha da intensivləşdirməli, terrorizmin qurbanlarına hərtərəfli dəstəyi davam etdirməliyik. İqtisadi və ekoloji kontekstdə isə əsas diqqət torpaq aşınmalarının qarşısını almaq, təmiz və keyfiyyətli içməli su problemini həll etməkdir. İnsan hüquqları məsələsi ilə bağlı isə plüralist cəmiyyətlərdə diskriminasiyanın qarşısını almaq üçün bütün zəruri addımları atacağıq. /APA/
Daxili siyasət
Milli Məclisin komitələrində ictimai dinləmə və müzakirə EHİS üzərindən təşkil edilə biləcək
Qanunvericilik təşəbbüsü hüququ EHİS üzərindən həyata keçiriləcək
Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq
Milli Məclisin iclası başlayıb
Xəbər Lenti
ZDF: Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır
DÇ-2026: ABŞ millisi Avstraliyanı məğlub edib
Tramp: İsraili Livanla atəşkəsə şəxsən mən razı saldım
ABŞ kəşfiyyatı İsrailin Vaşinqton-Tehran razılaşmasına mane ola biləcəyindən narahatdır
Tramp: Rusiyanın iştirakı ilə G8 formatı saxlanılsaydı, Ukrayna böhranının qarşısı alına bilərdi
Times: Starmer yaxın günlərdə istefa verə bilər
Tramp Kubada Venesuela ssenarisinə oxşar əməliyyat keçirilməsi ehtimalını istisna etməyib
Tramp: Hörmüz boğazını hərbi yolla açmaq mümkün olmazdı
Niderland NATO üçün "MQ-9 Reaper" PUA-larından istifadə edəcək
Makron: Avropa İttifaqı Ukrayna üzrə danışıqlarda vasitəçi ola bilməz
Merz: Ukrayna müharibə vəziyyətində olduğu müddətdə Aİ üzvü ola bilməz
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
Fon der Lyayen İsraili Livanın suverenliyinə hörmət etməyə çağırıb
Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Qazaxıstandakı səfirliyini ziyarət edib
İstanbulda hava limanına gedən metro qatarı relsdən çıxıb
Zelenski: Tramp Rusiyaya qarşı sanksiyalara qayıdacağını və Ukraynaya yardımı artıracağını vəd edib
Zelenski Lukaşenkoya bir həftə vaxt verib
Dübəndi sahilində aşkarlanan neft qalıqları ərazidən kənarlaşdırılıb - FOTO - VİDEO
Rüstəm Minnixanov Prezident İlham Əliyevi təbrik edib
“TEAS Press”in keçirdiyi gənclərin roman müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
Çingiz Əsgərov Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə qərarını qəti şəkildə rədd edir
Balaxanı neftçiləri ADNSU-da Geologiya Elmləri üzrə Tədqiqat təqaüdü təsis etdilər - FOTO
DÇ-2026: Braziliya qələbə axtarışında
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
Ukrayna PUA-ları Moskvaya kütləvi hücum edib, 80-ə yaxın dron vurulub - YENİLƏNİB-1
Dövlət proqramının hədəfləri, fermerlərin gözləntiləri: Şəmkirdə keçirilən aqrar müşavirədən REPORTAJ
Aİ Rusiyanın ticarət məhdudiyyətlərinə görə Ermənistana 34 milyon avro ayırıb
Azərbaycan şahmatçısı Aydın Süleymanlı dünya çempionu Maqnus Karlseni məğlub edib - FOTO
Rəsmi Tehran: AEBA müfəttişlərinin nüvə obyektlərində təftiş aparması planlaşdırılmır
Caner Erkin karyerasını başa vurduğunu açıqlayıb
İsrail Livanı bombalayıb, 47 nəfər ölüb - YENİLƏNİB
İran XİN Hörmüz boğazının bağlanmasına dair xəbərləri təkzib edib
DİM: Sıfır bal toplayanlar ən çox riyaziyyat, coğrafiya və kimya fənləri üzrədir
Malayziya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb - FOTO
İran XİN: ABŞ-la yaxın günlərdə görüşün keçirilməsi üçün hazırlıq görülür
Elnarə Akimova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması zamanın tələbidir
Qəbul imtahanlarında abituriyentlərin 21.4%-i fənlərin ən azı birindən sıfır bal toplayıb
DİM: Azərbaycan və rus bölmələrində abituriyentlərin hazırlıq səviyyəsi arzuolunan deyil
MN-in Tibb İdarəsində müşavirə keçirilib
DİM: İxtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var
Xocalıda 34 ildən sonra ilk dəfə barama tədarük olunub - FOTO
Qəbul və buraxılış imtahanlarında aşkarlanan qayda pozuntuları açıqlanıb
DİM: Ortastatistik məzun təhsil proqramının 40–77%-ni mənimsəmir
I–IV ixtisas qrupları üzrə abituriyentlərin 40 faizə yaxını 200-dən az bal toplayıb
“Regional Su Meliorasiya” və “İri Şəhərlərin Su Təchizatı” QSC-lərin nizamnamələri təsdiqlənib
Əraqçi İsraili "daimi müharibə" istəməkdə günahlandırıb
"Reuters": ABŞ-la Qətərin vasitəçiliyi ilə İsrail və "Hizbullah" atəşkəsə razılaşıb