Bank Of Baku

YAP-ın Binəqədi rayon təşkilatının V konfransı keçirilib

YAP-ın Binəqədi rayon təşkilatının V konfransı keçirilib
# 14 fevral 2007 15:07 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının V konfransı keçirilib. YAP-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, konfransda 314 nümayəndə iştirak edib. Rayon təşkilatının sədr əvəzi Füzuli İsmayılzadə hesabat məruzəsi ilə çıxış edib. Hesabat məruzəsi dinlənildikdən sonra Nəzarət-Təftiş Qrupunun hesabat məruzəsi ilə qurumun rəhbəri Əliyar Fərzəliyev çıxış edib. Konfransda iştirak edən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının sədri Əli Hüseynov çıxış edərək, təşkilatın daha səmərəli fəaliyyəti üçün öz tövsiyələrini veriblər. Partiyanın icra katibinin müavini Siyavuş Novruzov qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün hər bir YAP-çının üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Təşkilati məsələlərin müzakirəsində Nəbi Xəlilov rayon təşkilatının sədri seçilib. Konfransda həmçinin 55 nəfərdən ibarət rayon şurası və yeni tərkibdə Nəzarət-Təftiş Qrupu seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR