Bank Of Baku

Şakir Səlimov: “İndiyədək Rusiyadakı soydaşlarımızla bağlı heç bir narahatedici fakt qeydə alınmayıb”

Şakir Səlimov: “İndiyədək Rusiyadakı soydaşlarımızla bağlı heç bir narahatedici fakt qeydə alınmayıb”
# 14 fevral 2007 15:11 (UTC +04:00)
Rusiyada ticarət fəaliyyəti ilə məşğul olan azərbaycanlıların problemlərinin öyrənilməsi və həlli üzrə dövlət komissiyasının işçi qrupunun iclası keçirilib. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin I Ərazi Dairəsinin sədri Şakir Səlimov məlumat verib. Onun sözlərinə görə, iclasda Rusiyada ticarət fəaliyyəti ilə məşğul olan azərbaycanlıların vəziyyəti müzakirə olunub, bu ölkədə yaradılan qərargahlarda soydaşlarımıza göstərilən hüquqi yardımlardan danışılıb: “Bu günə qədər soydaşlarımızla bağlı heç bir narahatedici fakt qeydə alınmayıb”. Ş. Səlimov indiyədək 10 min yaddaş kitabçası çap etdirərək Nəqliyyat Nazirliyinin vasitəsilə sərhəd-keçid məntəqələrində və aerokassalarda soydaşlarımıza payladıqlarını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR