Bank Of Baku

“Təhlükəsizlik sektorunun demokratik surətdə idarə olunması: müdafiə” mövzusunda konfrans keçirilib

“Təhlükəsizlik sektorunun demokratik surətdə idarə olunması: müdafiə” mövzusunda konfrans keçirilib
# 14 fevral 2007 16:24 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi (MBAM) Niderlandın Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin (CESS) təşkilatçılığı ilə “Starlink” proqramı çərçivəsində “Təhlükəsizlik sektorunun demokratik surətdə idarə olunması: müdafiə” mövzusunda konfrans keçirib. APA-nın məlumatına görə, tədbirdə Milli Məclisin deputatları, hərbi və təhlükəsizlik qurumlarının nümayəndələri, həmçinin QHT təmsilçiləri iştirak ediblər.
Konfransın mövzusu ilə bağlı məlumat verən CESS-in icraçı direktoru Sami Faltas deyib ki, məqsəd Silahlı Qüvvələrə və təhlükəsizlik strukturlarına demokratik nəzarəti təmin etməkdir. Çünki güc qurumları üzərində nəzarətin təmin edilməməsi bir çox ölkələrdə, məsələn, Türkiyə, Yunanıstan və Portuqaliya kimi dövlətlərdə hərbçilərin hakimiyyətə gəlişi ilə nəticələnib: “Hazırda bir çox dövlətlər Silahlı Qüvvələr, təhlükəsizlik strukturlarına ictimai və demokratik nəzarətə böyük önəm verərək öz modellərini yaradıblar. Biz Azərbaycanın istənilən müdafiə təsisatı, hərbi akademiyası və s. qurumlarına öz materiallarımızdan istifadə etməyi təklif edirik”.
Milli Məclisin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov isə Azərbaycanın Avroatlantika strukturlarına inteqrasiyası barədə məlumat verib. Z. Əsgərov deyib ki, Azərbaycanın torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal olunması, müharibənin yenidən başlanma ehtimalı regionda təhlükəsizliyə və Avroatlantika strukturlarına inteqrasiyaya mane olur.
Niderlandın keçmiş müdafiə naziri Vim van Eekelen isə NATO ilə imzalanmış “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı”nın (İPAP) Azərbaycana yaxşı gələcək vəd etdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı problem, Ermənistanla müharibə vəziyyəti İPAP çərçivəsində ciddi islahatların aparılmasını çətinləşdirir ki, bu da təbii qarşılanmalıdır.
Konfransda Silahlı Qüvvələrə və təhlükəsizlik strukturlarına ictimai nəzarət, Azərbaycan-NATO əlaqələri, İPAP çərçivəsində görülən işlər və s. müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR