Bank Of Baku

Robin Sivord: “Azərbaycanda Silahlı Qüvvələr üzərində ictimai nəzarətin tətbiqində problemlər var”

Robin Sivord: “Azərbaycanda Silahlı Qüvvələr üzərində ictimai nəzarətin tətbiqində problemlər var”
# 14 fevral 2007 16:39 (UTC +04:00)
“Azərbaycanda Silahlı Qüvvələr üzərində ictimai nəzarətin tətbiqində problemlər var. Bu da keçmiş sovet sistemindən qalıb”. APA-nın məlumatına görə, bunu fevralın 14-də “Təhlükəsizlik sektorunun demokratik surətdə idarə olunması: müdafiə” mövzusunda Bakıda təşkil olunmuş konfransda ATƏT-in Bakı ofisi rəhbərinin müavini Robin Sivord deyib. R. Sivord Azərbaycanda müdafiə sahəsində məxfiliyin olduğunu qeyd edib: “Bəziləri Azərbaycan müharibə şəraitində olduğundan, bunu istəmirlər. Fikrimcə, elə buna görə ictimai nəzarət tətbiq olunmalıdır. Azərbaycanda ordu mediaya açıq deyil və bu səbəbdən media hərbini pis təsvir edə bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR