Bank Of Baku

ATƏT-in iki əməkdaşı treninqlər keçirmək üçün Azərbaycana gəlib

ATƏT-in iki əməkdaşı treninqlər keçirmək üçün Azərbaycana gəlib
# 14 fevral 2007 16:46 (UTC +04:00)
“Trafikinq problemi bir çox ölkələrdə, o cümlədən Azərbaycanda mövcuddur. Bu treninq trafikinqlə bağlı işlərin təhqiqatını aparanlar üçün təşkil olunur. Hesab edirəm ki, bu, Azərbaycan üçün yaxşı imkandır”. Bu sözləri APA-ya açıqlamasında trafikinqlə bağlı treninq kursları təşkil edən ATƏT-in Bakı ofisi rəhbərinin müavini Robin Sivord deyib. Onun sözlərinə görə, treninqlər keçirmək üçün fevralın 12-də Böyük Britaniya və Ukraynadan olan iki ATƏT əməkdaşı Azərbaycana gəlib. Bu şəxslər daha əvvəl Makedoniyada çalışıblar. Qeyd edək ki, martın 2-nə qədər davam edəcək treninqlərdə azərbaycanlı mütəxəssislər üçün həm nəzəri, həm də praktik kurslar təşkil olunacaq. Kurslarda azərbaycanlı mütəxəssislər müasir təhqiqat metodları ilə tanış ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR