Bank Of Baku

Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı Türkiyə Böyük Millət Məclisində müzakirələr aparılacaq

Xocalı soyqırımının 15-ci ildönümü ilə bağlı Türkiyə Böyük Millət Məclisində müzakirələr aparılacaq
# 15 fevral 2007 08:33 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv açıqlamasında Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Zakir Həşimov məlumat verib. Z.Həşimov bildirib ki, sərginin açılışında TBMM-nin sədri Bülənt Arınçın iştirakı gözlənilir. Səfirin sözlərinə görə, həmin gün TBMM-in iclası nəzərdə tutulmadığından Xocalı soyqırımı ilə bağlı çıxışlar Məclisin fevralın 27-dəki iclasında söyləniləcək, müzakirələr aparılacaq. TBMM-in sədr müavini Sadiq Yakut, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Haluk İpək və digər deputatlar Xocalı faciəsi ilə bağlı nitq söyləyəcəklər. Bütün bu tədbirlərlə bağlı razılıq Z.Həşimovun TBMM-in sədr müavini S.Yakutla görüşündə əldə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR