Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti AMİP-in piketinə icazə verməyib

Bakı şəhər İcra Hakimiyyəti AMİP-in piketinə icazə verməyib
# 15 fevral 2007 09:50 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirməsinə icazə verməyib. AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov APA-ya açıqlamasında deyib ki, şəhər İcra Hakimiyyətinin partiyaya göndərdiyi cavab məktubunda piketin keçirilməsinin məqsədəuyğun olmadığı bildirilib. Buna baxmayaraq, AMİP öz qərarını dəyişməyib və sabah İran səfirliyi qarşısında etiraz aksiyası təşkil etməkdə israrlıdır.
Qeyd edək ki, AMİP Siyasi Şurası İrandakı azərbaycanlıların hüquqlarının müdafiəsi və onların həbsinə etiraz olaraq bu ölkənin Bakıdakı səfirliyi qarşısında piketlər keçirmək barədə qərar çıxarıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR