Bank Of Baku

122 saylı Xankəndi seçki dairəsində seçici siyahısında olan seçicilərin sayı artıb

122 saylı Xankəndi seçki dairəsində seçici siyahısında olan seçicilərin sayı artıb
# 15 fevral 2007 10:26 (UTC +04:00)
122 saylı Xankəndi seçki dairəsində seçici siyahısında olan seçicilərin sayı xeyli artıb. Bu barədə APA-ya 122 saylı DSK-nın sədri Allahverdi Doluxanov məlumat verib. Artıq məntəqə seçki komissiyalarında seçicilərin siyahıya alınması prosesinin başa çatdırıldığını bildirən A. Doluxanov DSK-nın siyahıları ümumiləşdirdiyini və yaxın vaxtlarda seçicilərin dəqiq sayının bilinəcəyini qeyd edib. Ötən il bu dairədə 3480 seçicinin olduğunu xatırladan DSK sədri seçicilərin siyahılara salınması işinin çətin olduğunu, bu prosesin ayrı-ayrı rayonların icra hakimiyyətləri ilə birgə aparıldığını bildirib: “Bütün məcburi köçkün rayonlarının icra hakimiyyətləri fəaliyyət göstərir. Sonuncu parlament seçkilərinə kimi Xankəndinin millət vəkili yox idi. 2005-ci ildə bu ərazinin də deputatının seçilməsi baş tutdu. Amma bu vaxta qədər Xankəndi İcra Hakimiyyəti formalaşdırılmayıb. Bu da bizim işimizi çətinləşdirir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR