Bank Of Baku

Akif Şahbazovun ADP qərargahındakı otağının qıfılı dəyişdirilib

Akif Şahbazovun ADP qərargahındakı otağının qıfılı dəyişdirilib
# 15 fevral 2007 10:52 (UTC +04:00)
ADP Ali Məclisinin sabiq sədri Akif Şahbazov ötən gün partiya qərargahını tərk etdikdən sonra onun otağının qapısının qıfılı dəyişdirilib. Bu barədə APA-ya A. Şahbazov özü məlumat verib. Onun sözlərinə görə, Ali Məclisin sənədləri və həmçinin özünə aid olan əşyalar otaqda qalıb: “Sədrin sərəncamı ilə partiyadan qovulmuş şəxslərdən biri mənə dedi ki, Sərdar Cəlaloğlu otağı təhvil vermək barədə göstəriş verib. Mən də Ali Məclisin sədri olduğumu dedim və otağı təhvil verməyəcəyimi bildirdim. Amma qərargahdan çıxan kimi qıfılı dəyişdiriblər. Bunu xuliqanlıq hərəkəti kimi qiymətləndirirəm”. ADP-nin Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Həsrət Rüstəmov isə APA-ya bildirib ki, bu addım prosedur qaydaya uyğun olaraq atılıb: “Hər hansı vəzifədən azad olmuş şəxs otağı təhvil verməyəndə onun otağının qapısı möhürlənir ki, sənədlər itməsin. Bura Akif Şahbazovun şəxsi otağı deyil”. H. Rüstəmov bildirib ki, Təşkilat Komitəsinin 3 üzvündən ibarət komissiya yaradılıb. Komissiyanın və Mərkəzi Nəzarət Təftiş Komissiyası üzvlərinin iştirakı ilə otaqdakı sənədlər götürüləcək, A. Şahbazovun şəxsi əşyaları isə özünə qaytarılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR