Bank Of Baku

Müsavat Partiyasının fevralın 18-nə təyin etdiyi yürüş-mitinqə razılıq verilib

Müsavat Partiyasının fevralın 18-nə təyin etdiyi yürüş-mitinqə razılıq verilib
# 15 fevral 2007 10:53 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının fevralın 18-nə təyin etdiyi yürüş-mitinqin keçirilməsinə razılıq verib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat verilib. Şəhər rəhbərliyi Müsavat Partiyasına bu gün göndərdiyi cavab məktubunda aksiyanın saat 16-dan 18-dək metronun “Həzi Aslanov” stansiyası yaxınlığından yürüşlə başlayaraq Məhəmməd Hadi küçəsindən keçməklə Ukrayna meydanında mitinqlə başa çatmasına icazə verildiyi bildirilir. Aksiyada digər partiyaların iştirak edib-etməyəcəyi hələlik qeyri-müəyyən qalıb. Müsavat Partiyası bununla bağlı müxalifət partiyalarına müraciət etsə də, hələlik heç bir partiya rəsmi cavab verməyib.
Xatırladaq ki, Müsavat Partiyası yürüş-mitinqi qiymətlərin bahalaşmasına etiraz olaraq təyin edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR