Bank Of Baku

Yaxın vaxtlarda AXCP-də qurultay hazırlıqları başlayacaq

Yaxın vaxtlarda AXCP-də qurultay hazırlıqları başlayacaq
# 15 fevral 2007 11:04 (UTC +04:00)
Yaxın vaxtlarda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) növbəti qurultayının keçirilməsi üçün hazırlıqlar başlanacaq. Bu barədə APA-ya partiya sədrinin müavini Fuad Mustafayev məlumat verib. AXCP-nin qurultayının 2006-cı ildə keçirilməli olduğunu xatırladan sədr müavini qərargahla bağlı yaranmış problemlərə görə bu tədbirin növbəti ilə saxlanıldığını qeyd edib. F. Mustafayev qurultayda partiyanın idarəçiliyi, strukturları və digər məsələlərlə bağlı yeni təkliflərin ortaya çıxacağını istisna etmədiyini söyləyib: “Partiyada qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi formalaşdırılacaq və bu komitənin daxilində işçi qrupları fəaliyyət göstərəcək. İşçi qrupları qurultaya öz təkliflərini hazırlayacaq. Amma həmin təkliflər qurultaydan əvvəl Təşkilat Komitəsində müzakirə ediləcək və burada qəbul olunduqdan sonra qurultayın müzakirəsinə çıxarılacaq”. F. Mustafayev qurultayda Azərbaycandakı mövcud vəziyyətə siyasi qiymətin veriləcəyini, partiyanın qarşıdakı mərhələdə vəzifələrinin müəyyən olunması ilə bağlı müzakirələrin aparılacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR