Bank Of Baku

ABŞ OPEK tipli qaz kartelinin yaradılmasının əleyhinə çıxış edir

ABŞ OPEK tipli qaz kartelinin yaradılmasının əleyhinə çıxış edir
# 15 fevral 2007 11:50 (UTC +04:00)
ABŞ-ın energetika naziri Semüel Bodman OPEK tipli beynəlxalq qaz kartelinin yaradılması ideyasının əleyhinə çıxış edib. Bu barədə APA “Associated Press”-ə istinadən xəbər verir. Nazir qeyd edib ki, ABŞ belə təşkilatın yaradılmasını dəstəkləmir. S.Bodmanın sözlərinə görə, ixracın bu cür təşkili vasitəsilə bazarları manipulyasiya etmək cəhdi gələcəkdə ixracatçıların xeyrinə olmayacaq.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Qatara səfəri zamanı rəsmi Moskvanın OPEK tipli qaz karetlinin yaradılması ideyasını öyrənməyə hazır olduğunu bildirib. Həmin təklif Qatar əmiri şeyx Həməd ben Xalif əl-Tanini də maraqlandırıb.
Qeyd edək ki, qaz kartelinin yaradılması ideyası İrana məxsusdur. Venesuela və Boliviya başçıları da onu maraqlı hesab edir. Boliviya Cənubi Amerikada ən iri təbii qaz ixracatçısı, Venesuela isə OPEK-in ən nüfuzlu üzvlərindən biridir.
Lakin istehlakçı ölkələr ehtiyat edir ki, qaz kartelinin meydana çıxması enerji xammalının ən populyar növlərindən birinin qiymətinin qalxmasına səbəb olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR