Bank Of Baku

Xocalı soyqırımının 15-ci il dönümü ilə bağlı Azərbaycanın diaspor təşkilatları dünyanın bir çox ölkəsində aksiyalar keçirəcək

Xocalı soyqırımının 15-ci il dönümü ilə bağlı Azərbaycanın diaspor təşkilatları dünyanın bir çox ölkəsində aksiyalar keçirəcək
# 15 fevral 2007 12:36 (UTC +04:00)
Fevralın 26-da Xocalı soyqırımının 15-ci il dönümü ilə bağlı Azərbaycanın diaspor təşkilatları tərəfindən dünyanın bir çox ölkəsində aksiyalar keçiriləcək. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat daxil olub. Xocalı soyqırımının ildönümü münasibəti ilə Azərbaycanın Benilüks ölkələrində, Almaniyada, İsveçdə, Böyük Britaniyada, Danimarkada, Fransada, İslandiyada İsveçrədə və dünyanın digər ölkələrində yerləşən diaspor təşkilatları tərəfindən anım mərasimləri və etiraz aksiyaları keçiriləcək. Aksiyalarda ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı həmin ölkələrin ictimaiyyətinə çatdırılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR