Bank Of Baku

Bakıda “Təhlükəsizlik sektorunun demokratik surətdə idarə olunması: müdafiə” mövzusunda kurs keçirilir

Bakıda “Təhlükəsizlik sektorunun demokratik surətdə idarə olunması: müdafiə” mövzusunda kurs keçirilir
# 15 fevral 2007 13:03 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycanın Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin (MBAM) Niderlandın Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzi (CESS) ilə birgə təşkil etdiyi “Təhlükəsizlik sektorunun demokratik surətdə idarə olunması: müdafiə” mövzusunda üçgünlük kurs başlayıb. APA-nın məlumatına görə, kursda demokratik cəmiyyətdə təhlükəsizlik sektoru, təhlükəsizlik sektorunun quruluşu və mədəniyyəti, təhlükəsizlik sektorunun düzgün idarə edilməsi, müdafiə personalının hüquq və azadlıqları, parlament və müdafiə sistemi və s. məsələlər ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, kurslar CESS-in “Starlink” Qafqaz Genişlənmə Proqramı çərçivəsində keçirilir./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR