Bank Of Baku

Niderlandın Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin icraçı direktoru Sami Faltas: “Hərbi nazir parlamentdə müntəzəm hesabat verməlidir”

Niderlandın Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin icraçı direktoru Sami Faltas: “Hərbi nazir parlamentdə müntəzəm hesabat verməlidir”
# 15 fevral 2007 13:03 (UTC +04:00)
“Azərbaycan Avroatlantik strukturlara inteqrasiya edirsə, təhlükəsizlik, müdafiə qüvvələri və polis üzərində demokratik nəzarət zəruridir”. APA-nın məlumatına görə, bu sözləri Bakıda səfərdə olan Niderlandın Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin (CESS) icraçı direktoru Sami Faltas deyib. S.Faltasın sözlərinə görə, bu qüvvələr üzərində demokratik nəzarətin təmin olunması NATO-ya üzvlük prosesində vacib şərtlərdəndir: “Dünya təcrübəsi göstərir ki, demokratik nəzarət olmasa, dövlət çevrilişləri, hərbçilərin hakimiyyətə gəlişi və s. baş verir. Müdafiə sektoruna demokratik nəzarət təmin olunmalı, hərbi nazir parlamentdə müntəzəm hesabat verməlidir”./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR