Bank Of Baku

Lorens Meyer-Minneman: “Azərbaycanla NATO arasında imzalanan Fərdi Tərəfdaşlığa dair Fəaliyyət Planının müddəti uzadıla bilər”

Lorens Meyer-Minneman: “Azərbaycanla NATO arasında imzalanan Fərdi Tərəfdaşlığa dair Fəaliyyət Planının müddəti uzadıla bilər”
# 15 fevral 2007 13:14 (UTC +04:00)
NATO Azərbaycana göstərəcəyi yardımların həcmi hazırkı mərhələnin nəticələrinə uyğun müəyyənləşdiriləcək. APA-nın məlumatına görə, bu fikirləri Bakıda səfərdə olan NATO-nun Azərbaycan üzrə koordinatoru Lorens Meyer-Minneman bəyan edib. Onun sözlərinə görə, hazırda NATO missiyası Azərbaycanın Fərdi Tərəfdaşlığa dair Fəaliyyət Planı (İPAP) çərçivəsində həyata keçirilən tədbirləri qiymətləndirməklə məşğuldur. Hazırda qiymətləndirmə missiyası Azərbaycanın müvafiq qurumları ilə müzakirələr aparır. NATO rəsmisi İPAP-ın müddətin bir qədər uzadılmasının mümkün olduğunu da vurğulayıb. Qeyd edək ki, Azərbaycan hökuməti ilə NATO arasında Fərdi Tərəfdaşlığa dair Fəaliyyət Planı 2005-ci ildə imzalanıb. Sənədin müddəti 2007-ci ilin sonuna qədərdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR