Bank Of Baku

ADP-də bir neçə funksioner bir-birindən şikayət edib

ADP-də bir neçə funksioner bir-birindən şikayət edib
# 15 fevral 2007 13:30 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) Ali Məclisinin sədri Akif Şahbazov bu gün ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. A. Şahbazovun APA-ya verdiyi məlumata görə, müraciətdə ADP-nin proqram və Nizamnaməsinin bir qrup şəxs tərəfindən kobud şəkildə pozulduğunu, legitim olmayan strukturların fəaliyyət göstərdiyini bildirilib. Partiyanın adından danışmaq səlahiyyətinin yalnız sədrə aid olmasına baxmayaraq, partiyadan uzaqlaşdırılmış şəxslərin qurum daxilində pozuculuq fəaliyyəti ilə məşğul olduğu qeyd edilib. A. Şahbazov ədliyyə nazirindən məsələ ilə bağlı müvafiq tədbirləri görməyi xahiş edib.
A. Şahbazov eyni zamanda mətbuata da müraciət edib və R. Quliyevin fevralın 10-da Sərdar Cəlaloğlunu birinci müavin, Həsrət Rüstəmovu müavin, Rəşid Mansurov və Zakir Hüseynovu şöbə müdirləri vəzifəsindən azad etdiyi, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsini ləğv etdiyi bildirilib. A. Şahbazov həmin şəxslərin sabiq partiya funksionerləri kimi təqdim olunmasını xahiş edib.
“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə daxili işlər naziri Ramil Usubova müraciət edib. Müraciətdə fevralın 18-də Sərdar Cəlaloğluna yaxın bir neçə şəxsin “Bakı- Xəbər” qəzetinin redaksiyasına hücum edəcəyi ilə bağlı məlumatların olduğu bildirilib. A. Quliyev həmin gün redaksiyanın müvəqqəti mühafizə edilməsini xahiş edib.
ADP-nin Qurulaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu isə APA-ya açıqlamasında A. Şahbazov və A. Quliyevin ADP adından müraciət etmək hüququnun olmadığını söyləyib. O, A. Quliyevin ona böhtan atmaqda ittiham edib və bununla bağlı yenidən məhkəməyə müraciət edəcəyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR