Bank Of Baku

Milli Məclisin sabahkı iclasında 11 məsələ müzakirə ediləcək

Milli Məclisin sabahkı iclasında 11 məsələ müzakirə ediləcək
# 15 fevral 2007 13:47 (UTC +04:00)
Sabah Milli Məclisin növbəti iclası keçiriləcək. Parlamentdən APA-ya verilən məlumata görə, iclasda 11 məsələnin müzakirə olunacağı gözlənilir. Milli Məclis Azərbaycanla Belarus arasında 2015-ci ilə qədər sosial-iqtisadi əməkdaşlıq haqqında müqaviləni, Azərbaycanla Belarus arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında sazişi, Azərbaycanla Latviya prezidentlərinin birgə bəyannamələrini, Azərbaycanla Latviya arasında hava əlaqəsi haqqında sazişi təsdiqləyəcək. Həmçinin “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik, “Bələdiyyələrin torpaqları və əraziləri haqqında” qanuna əlavə olunan bələdiyyələrin siyahısında dəyişiklik, “Dövlət qulluğu haqqında” qanuna əlavələr, “Dövlət rüsumu haqqında” qanuna əlavə və dəyişikliklər, “Azərbaycanın şərəf və dostluq ordenlərinin təsis edilməsi haqqında” qanun layihəsi, “Azərbaycana qayıdış şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında” əsasnamə və “Qeyri-dövlət mühafizə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəyə çıxarılacağı gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR