Bank Of Baku

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Qaradağlı faciəsinin 15 illiyi ilə bağlı beynəlxalq təşkilatlara və səfirliklərə müraciət edib

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Qaradağlı faciəsinin 15 illiyi ilə bağlı beynəlxalq təşkilatlara və səfirliklərə müraciət edib
# 15 fevral 2007 14:03 (UTC +04:00)
“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Qaradağlı faciəsi ilə bağlı BMT-nin Azərbaycan nümayəndəliyinə, AŞ PA-nın İnformasiya Ofisinə, ATƏT-in və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinə və Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin səfirliklərinə müraciət ünvanlayıb. APA-nın məlumatına görə, müraciətdə erməni hərbi birləşmələri tərəfindən 1992-ci ilin fevral 17-də Xocavənd rayonu Qaradağlı kəndində törədilən cinayətə diqqət yetirilməsi istənilib: “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi və Qaradağlı faciəsi zamanı yaxınlarını itirən kənd sakinləri dünya ictimaiyyətini əsirlikdə qalan qaradağlıların azadlığa çıxmasına kömək etməyə çağırır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR