Bank Of Baku

Müsavat Partiyası ADP-də qarşı duran tərəflərin heç biri ilə əməkdaşlıq etməyəcək

Müsavat Partiyası ADP-də qarşı duran tərəflərin heç biri ilə əməkdaşlıq etməyəcək
# 15 fevral 2007 14:22 (UTC +04:00)
“ADP-dəki tərəflərin günün birinci yarısındakı açıqlamaları ilə ikinci yarısındakı açıqlamaları ziddiyyət təşkil edir. Belə vəziyyətdə bu situasiyanı qiymətləndirmək çətinləşir”. Bu fikirləri APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib. ADP-nin parçalanmasının əleyhinə olduqlarını deyən A. Hacılı buna görə də partiyadakı tərəflərdən hər hansı biri ilə Müsavatın əməkdaşlıq etməyəcəyini bildirib: “ADP-də problemlər yoluna qoyulmayana qədər hər hansı tərəfi dəstəkləməyəcəyik. Hadisələri tələsdirmək lazım deyil, yaxın zamanlarda bir çox suallara cavab gələcək və bu sualların cavabı ADP-dən gəlməlidir”. A. Hacılının fikrincə, ADP-nin seçkili orqanları bu məsələlərə münasibət bildirməlidir: “Bu vəziyyət uzun müddət davam edə bilməz. Yəqin ki, yaxın zamanlarda siyasi mövqelər aydınlaşacaq və siyasi kurs müəyyənləşəcək”.
“Azadlıq” blokunun ADP-nin təmsilçisi kimi Sərdar Cəlaloğlunu qəbul etməsini “onların öz işi” adlandıran Müsavat Divanın üzvü Vurğun Əyyub isə ADP-də baş verənlərin onlara aidiyyəti olmadığını bildirib: “Əgər bu partiya və blok hakimiyyətlə dialoqa gedəcəksə, bu da öz işləridir”. O, indiki məqamda “Azadlıq” bloku ilə hər hansı əməkdaşlığın mümkün olmadığını bildirib və bunu blok daxilində belə niyyətin olmaması ilə əlaqələndirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR