Bank Of Baku

Azərbaycan Milli Məclisinin futbol komandası Rusiya və Rumıniya parlamentlərinin komandaları ilə oyunlar keçirəcək

Azərbaycan Milli Məclisinin futbol komandası Rusiya və Rumıniya parlamentlərinin komandaları ilə oyunlar keçirəcək
# 15 fevral 2007 15:11 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin (MM) futbol komandası bu il Rusiya və Rumıniya parlamentlərinin futbol komandaları ilə oyunlar keçirəcək. MM-in futbol komandasının üzvü, deputat Fuad Muradov APA-ya bildirib ki, oyunların keçirilməsi ilə Rusiya və Rumıniya parlamentlərinin futbol komandaları ilə danışıqlar aparılır. Bundan başqa, bir sıra dövlət qurumlarının komandaları ilə də bu il oyunlar keçiriləcəyini deyən F.Muradovun sözlərinə görə, MM-in futbol komandasının üzvləri həftədə iki dəfə məşqlər edirlər: “Əvvəlcə müxtəlif nazirliklərin futbol komandaları ilə görüşlər keçirəcəyik”. F.Muradov komandanın məşqçisinin deputat Rauf Əliyev olduğunu, komandaya kapitan seçilməsi ilə bağlı isə hələlik müzakirələr aparılmadığını bildirib.
Qeyd edək ki, MM-in futbol komandasına Qüdrət Həsənquliyev, Fuad Muradov, Səyavuş Novruzov, Eyvaz Qurbanov, Rauf Əliyev, Əkrəm Abdullayev, Zahid Oruc, Azər Əmiraslanov, Ülvi Quliyev, Mirkazım Kazımov və Azay Quliyev daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR