Bank Of Baku

Bakıda səfərdə olan Avropa Hərəkatının baş katibi Henrik Kroner siyasi partiyaların nümayəndələri ilə görüş keçirib

Bakıda səfərdə olan Avropa Hərəkatının baş katibi Henrik Kroner siyasi partiyaların nümayəndələri ilə görüş keçirib
# 15 fevral 2007 16:09 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Avropa Hərəkatının baş katibi Henrik Kroner bu gün siyasi partiyaların nümayəndələri ilə Azərbaycan Avropa Hərəkatının (AAH) ofisində görüş keçirib. APA-nın məlumatına görə, əvvəlcə AAH-nin rəhbəri Həbib Quliyev baş katibin səfəri ilə bağlı məlumat verib. Bakıda olduğu müddətdə H. Kroner BDU-nun müəllim və tələbələri, Prezident Aparatının nümayəndələri, bir sıra səfirlərlə görüş keçirib. H. Kroner rəhbəri olduğu təşkilatla bağlı görüş iştirakçılarına məlumat verib. Onun sözlərinə görə Avropa Hərəkatının əsas məqsədi demokratik Avropanı birləşdirməkdir. O, qanunun aliliyi, real demokratiya və bazar iqtisadiyyatının hərəkat üçün əsas meyarlar olduğunu qeyd edib. Baş katib Avropada olan siyasi partiyaların əksəriyyətinin, bəzi ölkələrin isə bütün partiyalarının bu hərəkata üzv olduğunu qeyd edib. O, Azərbaycanın siyasi partiyaları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Görüşdə iştirak edən VHP, AXCP, YAP, Müsavat, Ümid və Liberal partiyalarının nümayəndələri təmsil etdikləri partiyaların fəaliyyəti ilə bağlı məlumatlar veriblər.
Sabah H. Kroner Milli Məclis nümayəndələri və digər təşkilatların rəhbərləri ilə görüşlər keçirəcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR