Bank Of Baku

Sərdar Cəlaloğlu Aydın Quliyevlə bağlı Səbayel Rayon Məhkəməsinə müraciət edib

Sərdar Cəlaloğlu Aydın Quliyevlə bağlı Səbayel Rayon Məhkəməsinə müraciət edib
# 15 fevral 2007 16:37 (UTC +04:00)
. Azərbaycan Demokrat Partiyasının (ADP) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevlə bağlı bu gün Səbayel Rayon Məhkəməsinə müraciət edib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. S.Cəlaloğlu müraciətində A.Quliyevin ona böhtan atdığını iddia edib. Onun bildirdiyinə görə, S.Cəlaloğlu tərəfindən təşkil olunan bir neçə nəfər ekstremist əhval-ruhiyyəli muzdlu gəncin fevralın 18-də adı çəkilən qəzetin redaksiyasına basqın edəcəyi barədə A.Quliyevin daxili işlər nazirinə müraciət etməsinin əsası yoxdur: “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bu hərəkəti ilə yalan olduğunu bilə-bilə mənə qarşı böhtan atıb. Onun heç bir əsas olmadan Sərdar Cəlaloğlunu ağır cinayət əməlində ittiham etməsi Cinayət Məcəlləsinin 147 (böhtan) maddəsində qeyd olunan cinayət tərkibli əməldir. Bu isə öz növbəsində hüquqi məsuliyyət yaradır”.
A.Quliyev isə APA-ya açıqlamasında S.Cəlaloğlunun qeyri-ciddi addımlar atdığını bildirib: “Məhkəməyə müraciət etmək Sərdar Cəlaloğlunun hobbisidir. Partiya qərargahından Sərdar Cəlaloğlunun imzası ilə məhkəmələrə göndərilən tonlarla müraciət var, amma məhkəmələrin heç biri onunla bağlı müsbət qərar çıxarmayıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR