Bank Of Baku

Kaliforniyada Amerika-Azərbaycan Qadınları Təşkilatı yaradılıb

Kaliforniyada Amerika-Azərbaycan Qadınları Təşkilatı yaradılıb
# 16 fevral 2007 07:52 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatında yeni Azərbaycan cəmiyyəti rəsmi qeydiyyata alınıb. Bu barədə APA-ya cəmiyyətin sədri, hərbi jurnalist Gülbəniz Arifqızı məlumat verib. O bildirib ki, yeni qurulan Amerika-Azərbaycan Qadınları Təşkilatı ictimai əsaslarla fəaliyyət göstərəcək. Təşkilat ABŞ-da yaşayan azərbaycanlı qadınları öz ətrafında birləşdirərək ölkəmiz haqqında həqiqətləri Amerika ictimaiyyətinə çatdırmaq niyyətindədir. Bundan başqa, Birləşmiş Ştatlarda çətin vəziyyətdə olan, hüquqları pozulan azərbaycanlı xanımlara hüquqi yardımlar göstəriləcək, bu ölkədə böyüyən azərbaycanlı uşaqların öz dillərində təhsil alması üçün şərait yaradılacaq. Azərbaycanın milli bayramlarında şənliklərin keçirilməsi, əbədi-bədii gecələrin təşkili də cəmiyyətin qarşısına qoyduğu məqsədlərdəndir. Cəmiyyətin sədri deyib ki, onlar öz fəaliyyətlərini Azərbaycan Respublikasının Los Anceles şəhərindəki Baş Konsulluğu və ABŞ-dakı digər Azərbaycan təşkilatları ilə sıx əməkdaşlıq şəraitində quracaqlar.
Qeyd edək ki, yeni yaradılan cəmiyyətin sədri G. Arifqızı 10 ilə yaxındır Kaliforniyanın Korona şəhərində yaşayır və Dağlıq Qarabağ münaqişəsi haqqında bir necə avtobioqrafik kitabların müəllifidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR