Bank Of Baku

AMİP İran səfirliyi qarşısında piket keçirməyə cəhd göstərib

AMİP İran səfirliyi qarşısında piket keçirməyə cəhd göstərib
# 16 fevral 2007 10:56 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bir qrup üzvü bu gün İran səfirliyinin binası qarşısında piket keçirməyə cəhd göstərib. APA-nın məlumatına görə, aksiya təyin olunan vaxt təxminən 20 partiya üzvü “Məhbuslara azadlıq!” şüarı ilə səfirlik binasına doğru irəliləyiblər. Amma əvvəlcədən ərazini nəzarəti götürmüş Səbayel Rayon Polis İdarəsinin əməkdaşları onların irəliləməsinə imkan verməyib. Polis aksiya iştirakçılarından 3-nü saxlayıb, digər piketçilər isə ərazidən uzaqlaşdırılıblar. Aksiyanın qətnaməsinin səfirliyə təqdim olunmasına icazə verilməsə də, iştirakçılar onu jurnalistlər üçün oxumağa imkan tapıblar. Qətnamədə Güney Azərbaycanda insan haqlarının pozulmasının dayandırılması, siyasi məhbusların və Abbas Lisaninin azad edilməsi tələb olunub. Qeyd edək ki, AMİP-çilər piketə A. Lisaninin şəkilləri ilə çıxıblar. Polis əməkdaşları jurnalistlərə bildiriblər ki, saxlanılanlar 9 saylı polis bölməsinə aparılıblar və etdikləri hərəkətə qanunda nəzərdə tutulmuş müvafiq qaydada tədbir görüləcək. Qeyd edək ki, AMİP aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etsə də, şəhər rəhbərliyi piketin keçirilməsinə razılıq verməmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR