Bank Of Baku

MDB hökumət başçıları Şurasının növbəti iclasında 25 məsələ müzakirə olunacaq

MDB hökumət başçıları Şurasının növbəti iclasında 25 məsələ müzakirə olunacaq
# 16 fevral 2007 11:26 (UTC +04:00)
Müstəqil Dövlət Birliyi (MDB) hökumət başçıları Şurasının növbəti iclasında 25 məsələnin müzakirəyə çıxarılacağı gözlənilir. APA-nın məlumatına görə, MDB ölkələrinin daimi nümayəndələri Şurasının Minskdə keçirilmiş iclasında həmin iclasın gündəliyinin layihəsi müzakirə olunub. Təkliflər arasında MDB ölkələrinin ümumi elektrik enerjisi bazarının formalaşdırılması, mütəxəssislərin kvalifikasiyasının təkmilləşdirilməsi və ixtisasdəyişdirilməsi sahəsində əməkdaşlıq birgə film istehsalı, MDB-də sülhün qorunması üçün kollektiv qüvvələrinin sosial və hüquqi təminatları haqında saziş lahiyəsi, mədəni dəyərlərin oğurlanması ilə mübarizə və onların geriyə qaytarılmasının təminatı sahəsində əməkdaşlıq, saxta dərmanların dövriyyəsi ilə mübarizə, polis və daxili qoşunlar üçün kadrların hazırlanması və s. kimi məsələlər var. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR