Bank Of Baku

Siyavuş Novruzov: “Müsavat hakimiyyətlə əməkdaşlıq məsələsində ADP-dən geridə qaldığına görə narahatlıq hissi keçirir”

Siyavuş Novruzov: “Müsavat hakimiyyətlə əməkdaşlıq məsələsində ADP-dən geridə qaldığına görə narahatlıq hissi keçirir”
# 16 fevral 2007 12:52 (UTC +04:00)
“Əli İnsanov Yeni Azərbaycan Partiyasını maliyyələşdirməsi ilə bağlı bir ədəd çek və ya hər hansı bir mənbə göstərsin. Bizim partiyanın öz yolu var, kim bu partiyaya xəyanət edibsə, axırı belə qurtarıb. Əgər hər kimsə öz təmsil olunduğu partiyaya belə laqeydlik göstərirsə, yaramaz onun özüdür”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. YAP funksioneri indiyə kimi keçirilən iclaslarının protokollarının saxlanıldığını, Ə. İnsanovun İdarə Heyətində çıxış edən zaman tərifdən başqa heç bir şey söyləmədiyini bildirib: “Əksinə kəskin çıxış edənlərə də deyirdi ki, belə olmaz. Çünki dövlət vəzifəsini başqaları yox, o daşıyırdı. Kəskin danışanlar da onun sahəsini tənqid edirdi. YAP hər il öz büdcəsi haqqında hesabat verir”. YAP-la ADP arasında əməkdaşlığa gəlincə, S. Novruzov deyib ki, Yaqub Abbasov ona zəng edərək görüşmək istədiyini bildirib: “Mən də demişəm ki, bu məsələ ilə Mübariz Qurbanlı məşğul olur. Biz hər bir partiya ilə əməkdaşlıq etməyə hazırıq. ADP bu yolu seçirsə, biz onu alqışlayırıq. Bu addım başqa partiyalara da nümunə olmalıdır”. S. Novruzov hakimiyyətlə əməkdaşlıq məsələsində ADP-dən geri qaldıqlarına görə Müsavat və digər partiyaların narahatçılıq hissi keçirdiyini deyib: “Müsavat bu məsələyə çox qısqanclıqla yanaşır ki, bizi qabaqladılar. Əvvəl-axır onlar da gələcək. Müsavatda da islahatlar gedir, orada da nümayəndələrimiz var”. YAP-ın icra katibinin müavini ADP-də əməkdaşlıq məsələsinə kəskin münasibət bildirənlərin keçmişdə YAP-dan qovulanlar olduğunu bildirib: “Rəsul Quliyev, Zəminə Dünyamalıyeva və digər bir qrup adamlar bu əməkdaşlığa kəskin reaksiya verir. Onların taleyi təbii ki, mücərrəd qalacaq. Çünki YAP satqınları qəbul etmir”. S. Novruzov, həmçinin prezidentlik müddətinin 5 ildən 7 ilə qədər artırılması ilə bağlı yayılan informasiyalara münasibətini açıqlayıb: “Bu məsələ Azərbaycanın Konstitusiyası ilə müəyyənləşir. Orada göstərilir ki, Azərbaycan prezidenti 5 il müddətinə seçilir. Ola bilər hər hansı mütəxəssis və ya vətəndaş tərəfindən prezidentin səlahiyyət müddətinin uzadılması ilə bağlı məsələ qaldırılsın. Ancaq bu məsələ Yeni Azərbaycan Partiyasında, iqtidarda müzakirə olunmur. Kimsə məhəbbətlə, kimsə özünü göstərmək üçün, kimsə də qabağa düşmək üçün bu sözləri deyir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR