Bank Of Baku

Krım tatarlarının lideri Mustafa Cəmilov Azərbaycana gələcək

Krım tatarlarının lideri Mustafa Cəmilov Azərbaycana gələcək
# 16 fevral 2007 13:31 (UTC +04:00)
16.02.2007. UKRAYNA. Krım Tatar Milli Məclisinin sədri, Ukraynanın xalq deputatı Mustafa Cəmilov öz ofisində Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevlə görüşüb. APA-nın Şərqi Avropa bürosunun verdiyi məlumata görə, görüşdə Ukrayna Azərbaycanlıları Konqresinin Krım bölgəsi üzrə təmsilçisinin müavini Əli Orucov da iştirak edib. Söhbət zamanı T. Əliyev mart ayında Azərbaycan prezidenti ilə Türkiyə baş nazirinin himayəsi altında Bakıda Azərbaycan və türk diasporlarının birgə qurultayının keçiriləcəyini bildirib. O, Mustafa Cəmilov və onun birinci müavini, deputat Rüfət Çubarovu da tədbirə dəvət edib. Krım tatarlarının liderləri dəvəti qəbul edərək qurultayda iştirak edəcəklərini deyiblər. Öz növbəsində KTMM sədri Azərbaycan səfirini sabah Krım tatar milli hərəkatının fəallarından Ayşə Seyidmuradovanın Simferopolda keçiriləcək 70 illik yubileyinə həsr olunmuş təntənəli mərasimə dəvət edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR