Bank Of Baku

YAP Əli İnsanovun partiya ilə bağlı ittihamlarına cavab verən açıqlama yayıb

YAP Əli İnsanovun partiya ilə bağlı ittihamlarına cavab verən açıqlama yayıb
# 16 fevral 2007 13:56 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidməti hazırda həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə partiya ilə bağlı səsləndirdiyi fikirlərə münasibətini açıqlayıb. YAP-ın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, partiya Ə. İnsanovun ittihamlarının həqiqətə uyğun olmadığını bəyan edib, sabiq nazirin bu hərəkətini törətdiyi ağır cinayətləri arxa plana keçirmək, həbsinə siyasi don geyindirmək cəhdi kimi qiymətləndirib: “YAP maliyyə durumu, xüsusilə də bunun formalaşması mənbələri barədə hər il cəmiyyətə hesabat verərək, bütün sahələrdə olduğu kimi, bu sahədə də şəffaflığı təmin edir. YAP-ın maliyyə vəsaitləri yalnız üzvlük haqları hesabına formalaşır. Yeni Azərbaycan Partiyasının üzvlərindən heç kim, o cümlədən sabiq səhiyyə naziri Əli İnsanov, partiyanın maliyyələşməsində üzvlük haqqını ödəməkdən savayı digər formada iştirak etməyib və etmir. Onun məhkəmədə Yeni Azərbaycan Partiyasını maliyyələşdirməklə bağlı söylədiyi fikirlər böhtan və siyasi şantajdan başqa bir şey deyil”.
Mətbuat xidməti Əli İnsanovun YAP İdarə Heyətində söylədiyi tənqidi fikirlərinə görə, həbs olunması barədə iddialarını da qəbul etməyib: “Əli İnsanov İdarə Heyətinin iclaslarında həmişə ölkədəki sabitlik, dinamik inkişaf, sosial durum barədə müsbət və emosional tonda çıxışlar edib, xüsusən də qaçqın və məcburi köçkünlərə olan dövlət qayğısının, çadır şəhərciklərinin sürətli ləğvi istiqamətində görülən işlərin təqdirəlayiq hal olduğunu bildirib. Bu gün Əli İnsanovun məhkəmə qarşısında dayanması onun özünün iddialarının əksinə olaraq, siyasi xarakterli və qərəzli deyil, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, törətdiyi əməllərə görə konkret maddələrlə ittiham olunması ilə əlaqədardır”.
Qeyd edək ki, Ə. İnsanov vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, dövlət əmlakını mənimsəmə maddələri ilə ittiham olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR