Bank Of Baku

Sərdar Cəlaloğlu Aydın Quliyevlə bağlı prokurorluq orqanlarına da müraciət edib

Sərdar Cəlaloğlu Aydın Quliyevlə bağlı prokurorluq orqanlarına da müraciət edib
# 16 fevral 2007 14:45 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) IX Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevlə bağlı bu gün Respublika Prokurorluğuna müraciət edib. Bu barədə APA-ya ADP-nin mətbuat xidmətindən məlumat daxil olub. S. Cəlaloğlu müraciətdə A. Quliyevin daxili işlər naziri Ramil Usubova məktub göndərərək, TK sədrinin bir qrup ekstremist gənci qızışdırıb 18 fevral 2007-ci il tarixdə “Bakı-Xəbər” qəzetinin redaksiyasına basqın təşkil edəcəyi ilə bağlı məlumatlara malik olduğunu bildirdiyini və bu basqının qarşısını almaq üçün DİN əməkdaşlarından qəzetin redaksiyasının mühafizəsini təşkil etməyi xahiş etdiyini xatırladıb. S. Cəlaloğlu bu məlumatla Cinayət Məcəlləsinin 158, 221, 218 və 233-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməyə hazırlaşmaqda ittiham edildiyini qeyd edib: “Bu yalan məlumat bilə-bilə, qəsdlə dövlət orqanlarına verildiyindən, Aydın Quliyev haqqında CM-nin 296.2-ci maddəsi ilə (ağır cinayət törətməkdə ittiham edərək, bilə-bilə yalan xəbərçilik etmə) cinayət işinin qaldırılmasını xahiş edirəm”. S. Cəlaloğlu analoji müraciəti həmçinin Bakı şəhər və Səbayel rayon prokurorluqlarına da göndərib.
A. Quliyev isə APA-ya açıqlamasında S. Cəlaloğlunun boş işlə məşğul olduğunu və buna görə də artıq onun addımlarına münasibət bildirmək istəmədiyini qeyd edib: “Sadəcə, Sərdar Cəlaloğlu bu addımları ilə məni həbsxanaya göndərmək istəyir. Amma özu elə edəcək ki, “Hürriyyət” qəzetinin binasında özünü həbsxanadakı kimi hiss edəcək”./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR