Bank Of Baku

ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi Ali Məclisin fevralın 18-də keçiriləcək iclasına qatılacaq şəxslərin partiyadan çıxarılacağını bəyan edib

ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi Ali Məclisin fevralın 18-də keçiriləcək iclasına qatılacaq şəxslərin partiyadan çıxarılacağını bəyan edib
# 16 fevral 2007 15:02 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) IX Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi partiyanın keçmiş Ali Məclisinin üzvlərinə Ali Məclis adı altında fevralın 18-nə planlaşdırılan toplantıya qatılmamaqla bağlı müraciət edib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Partiya Nizamnaməsinin 8.2.4-cü maddəsinin tələblərinə əsasən Ali Məclisin buraxıldığını bildirən TK rəhbərliyi MNTK istisna olmaqla Ali Məclisin, İdarə Heyətinin və sədr müavinlərinin səlahiyyətlərinin TK-ya verildiyini bildirib: “Hər hansı ADP üzvünün partiyadan qovulmuş bir neçə şəxsin keçmiş statusundan istifadə edərək Ali Məclis adı altında 18 fevral 2007-ci ildə keçirilməsi nəzərdə tutulan toplantıya qatılması Nizamnamənin kobud şəkildə pozulması, partiyanın parçalanmasına və Nizamnaməyə uyğun rəhbər orqanlara tabe olmamaq cəhdi kimi qiymətləndiriləcək və onlar haqqında Nizamnamədə nəzərdə tutulan sərt cəza tədbirləri tətbiq ediləcək”.
ADP-nin mətbuat xidmətindən APA-ya daxil olan digər məlumatda bu partiyanın Avropada yaşayan bir qrup nümayəndəsinin ADP-də yaranmış vəziyyətlə əlaqədar bəyanat yaydığı bildirilib. Bəyanat müəllifləri yaranmış vəziyyəti nəzərə alaraq, Rəsul Quliyevə öz mövqeyinə bir daha nəzər salmağı, gələcək siyasi karyerasını bir neçə fırıldaqçının iradəsinə tabe etdirməkdən çəkinməyi təklif ediblər. Bəyanatı ADP Siyasi Şurasının keçmiş üzvləri Namiq Əhədzadə, Natiq Cəbiyev, partiyanın Sumqayıt şəhər təşkilatının sabiq sədri Elşad Ziyadov və partiya mərkəzi aparatının keçmiş əməkdaşı Elxan Süleymanov imzalayıblar.
ADP Ali Məclisinin sədri Akif Şahbazov isə APA-ya açıqlamasında istənilən halda yanvarın 18-də Ali Məclisin iclasının keçiriləcəyini bildirib. O, bu iclasın partiya sədrinin tapşırığına uyğun olaraq keçirildiyini bildirib. ADP sədrinin müavini Yaqub Abbasov və “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də Ali Məclisin iclasını təxirə salmaq fikrində olmadıqlarını bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR