Bank Of Baku

Beynəlxalq Avropa Hərəkatının baş katibi Henrik Kröner “Belçika Azərbaycan Evi”də olub

Beynəlxalq Avropa Hərəkatının baş katibi Henrik Kröner “Belçika Azərbaycan Evi”də olub
# 16 fevral 2007 15:29 (UTC +04:00)
Bakıda səfərdə olan Beynəlxalq Avropa Hərəkatının (BAH) baş katibi Henrik Kröner bu gün “Belçika Azərbaycan Evi”ndə olub. Belçika Azərbaycan Evindən APA-ya verilən məlumata görə, görüşdə H. Krönerə Ermənistanda olarkən qondarma “erməni soyqırımı” abidəsinə əklil qoyması ilə bağlı sual ünvanlanıb. BAH-ın baş katibi sualı belə cavablandırıb: “Mən Azərbaycanda Şəhidlər Xiyabanında oldum və oraya da gül dəstəsi qoydum. Bu o demək deyil ki, mən kiminsə tərəfini tuturam. Sadəcə, ölən insanlara hörmət edirəm”.
Azərbaycanın Avropaya inteqrasiyasına toxunan H. Krönerə bildirib ki, bunun üçün zamana ehtiyac var: “Sizdə inteqrasiya prosesi fəal gedir, bundan sonra daha da yaxşılaşacağına inanıram. Mən bunu Bakıda olarkən görüşdüyüm dövlət adamları və ictimai təşkilat nümayəndələrinə də demişəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR