Bank Of Baku

Avro-Atlantik Mərkəzdə Lorens Meyer-Minnemanla görüş keçirilib

Avro-Atlantik Mərkəzdə Lorens Meyer-Minnemanla görüş keçirilib
# 16 fevral 2007 15:41 (UTC +04:00)
Avro-Atlantik Mərkəzdə NATO-nun Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti İdarəsinin Azərbaycan üzrə koordinatoru Lorens Meyer-Minnemanla görüş keçirilib. Avro-Atlantik Mərkəzdən APA-ya verilən məlumata görə, Lorens Meyer-Minneman çıxışında Azərbaycan-NATO əlaqələri barədə danışıb. Onun sözlərinə görə, Azərbaycanın Kosovo və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakı həmin bölgələrdə sülh və sabitliyin bərqərar olunmasında Azərbaycanın da iştirak etdiyini və ölkənin dünyada təhlükəsizliyin təmin olunmasında fəal rol oynamağa başladığını göstərir. Fərdi Tərəfdaşlığın Fəaliyyət Planının qiymətləndirilməsi missiyası barədə məlumat verən qonaq deyib ki, Azərbaycan bu plan çərçivəsində istər hərbi, istərsə də mülki sahədə çoxlu işlər görüb və gələcəkdə də bu sahədə fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur. Görüşün sonunda Meyer-Minneman mərkəz üzvlərinin suallarını cavablandırıb və Azərbaycanın NATO ilə əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb. Sonda qonaq mərkəzin xatirə kitabına öz ürək sözlərini yazıb və qurum üzvləri ilə birlikdə xatirə şəkli çəkdirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR