Bank Of Baku

Bərdədə “Azərbaycanda bələdiyyə institutunun perspektiv inkişafına baxış” mövzusunda forum keçirilib

Bərdədə “Azərbaycanda bələdiyyə institutunun perspektiv inkişafına baxış” mövzusunda forum keçirilib
# 16 fevral 2007 15:56 (UTC +04:00)
Bərdədə “Azərbaycanda bələdiyyə institutunun perspektiv inkişafına baxış: bələdiyyələrin səlahiyyətlərinin və maliyyə potensialının artırılması” mövzusunda forum keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, tədbiri İqtisadi Təhqiqatlar Mərkəzi təşkil edib. Qeyd edək ki, bu qurum dörd ilə yaxındır ki, Aran-Qarabağ bələdiyyələrinin fəaliyyətinin gücləndirilməsinə yardım məqsədilə bir çox proqramlar həyata keçirib. “Yerli özünüidarəetmə və Azərbaycanda yoxsulluğun azaldılmasında bələdiyyələrin rolu” layihəsinin əlaqələndiricisi, müstəqil iqtisadi ekspert Rövşən Ağayev bildirib ki, parlament yaxın günlərdə bələdiyyələrə əlavə vəsaitin verilməsi haqda qanun layihəsinin müzakirəyə çıxaracaq: “Buna görə də regionun ən fəal bələdiyyələrinin irəli sürdüyü təkliflərin toplanaraq parlamentə göndərilməsi məqsədəuyğun olardı. Çünki bələdiyyələrin ən müxtəlif problemlərini onların özləri daha yaxşı bilirlər və həmin problemlərin sözügedən qanun layihəsində əks olunması üçün yerlərdən göndərilən təkliflər mühüm rol oynaya bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR