Bank Of Baku

İraq türkmənlərinə qarşı soyqırımına etiraz edən Benilüks Azərbaycan Konqresi Hollandiyada yürüş-mitinq keçirib

İraq türkmənlərinə qarşı soyqırımına etiraz edən Benilüks Azərbaycan Konqresi Hollandiyada yürüş-mitinq keçirib
# 17 fevral 2007 08:50 (UTC +04:00)
İraq türkmənlərinə qarşı soyqırımına etiraz edən Benilüks Azərbaycan Konqresi (BAK) və təşkilatda təmsil olunan beş İraq Türkmən Cəmiyyəti dünən Hollandiyanın Amsterdam şəhərində yürüş-mitinq keçirib. BAK-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları Amsterdamın DAM-Plein meydanından yəhudi soyqırımı xatirəsinə ucaldılan abidənin önünə - Muzey Meydanına qədər yürüş ediblər. Aksiyaya Amsterdamda yaşayan digər millətlərin nümayəndələri də qoşulub. ABŞ səfirliyinin qarşısında dayanan aksiya iştirakçıları türkmənlərlə qarşı yönələn siyasətə etirazlarını bildirib, ABŞ dövlətindən və İraq rəhbərliyindən türkmənlərin hüquqlarını bərpa edilməsini tələb ediblər. Yürüşün sonunda aksiya iştirakçıları adından bəyanat qəbul edilib. Bəyanatda beynəlxalq təşkilatlardan İraq türkmənlərinin milli haqlarının pozulmasına etiraz bildirmələri istənilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR