Bank Of Baku

Mərkəzi Seçki Komissiyasının Dairə Seçki komissiyalarında keçirdiyi monitorinqlər başa çatıb

Mərkəzi Seçki Komissiyasının Dairə Seçki komissiyalarında keçirdiyi monitorinqlər başa çatıb
# 17 fevral 2007 09:18 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) Dairə Seçki komissiyalarında (DSK) keçirdiyi monitorinqlər başa çatıb. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin APA-ya verdiyi məlumata görə, monitorinqi həyata keçirmiş şəxslər MSK üzvlərinə nəticələrlə bağlı məlumatlar verəcək, araşdırmalar aparılacaq. Bu proses başa çatdıqdan sonra isə MSK sədri ümumilikdə 125 Seçki Dairəsində keçirilən monitorinqin yekunları ilə bağlı ictimaiyyətə məlumat verəcək.
Qeyd edək ki, DSK-larda yoxlamalar ötən ilin noyabrında başlayıb. Monitorinq zamanı DSK-ların yerləşdiyi binaların vəziyyətindən tutmuş dairə və məntəqə seçki komissiyalarının üzvlərinə əmək haqqı ödənilməsi cədvəlinə baxış keçirilməsinə qədər geniş miqyaslı yoxlamalar həyata keçirilib. DSK-ların maddi-texniki təchizatı, seçici siyahılarına düşməmiş vətəndaşlar barədə məlumatların dəqiqləşdirilməsi, bir sıra seçki prosedurunun həyata keçirilməsi zamanı sənədləşmə işi, hüquqi-normativ aktlarla təminat, vətəndaşların müraciətlərinin qeydiyyatı, onlara baxılması, həll edilməsi və s. məsələlərlə bağlı vəziyyət araşdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR