Bank Of Baku

ADP Ali Məclisinin sabahkı iclası Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında keçiriləcək

ADP Ali Məclisinin sabahkı iclası Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında keçiriləcək
# 17 fevral 2007 09:53 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən Ali Məclisin sədri Akif Şahbazov bildirib ki, iclasın ADP-nin qərargahında keçirilməsi üçün Sərdar Cəlaloğluna müraciət etsə də, razılıq verilməyib: “Buna görə iclası başqa yerdə keçirməyə məcbur olduq”. A. Şahbazov iclasın saat 12.00-da başlayacağını və Ali Məclis üzvlərinin əksəriyyətinin toplantıya qatılacağını bildirib. İclasda müzakirə ediləcək məsələlərə gəldikdə, A. Şahbazov bildirib ki, son vaxtlar ADP daxilində baş verən məsələlər və Ali Məclisin yanvarın 27-də keçirilmiş iclasında qəbul olunmuş qərarın Rəsul Quliyevin təşəbbüsü ilə yenidən müzakirəsi nəzərdə tutulub: “Zərurət olacağı halda, Sərdar Cəlaloğlu və onun yanında olan insanlarla bağlı da müzakirələr aparılacaq. Hələlik isə gündəliyə belə bir məsələ salınmayıb”.
ADP-nin IX Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu isə APA-ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı KXCP sədri Mirmahmud Mirəlioğlu ilə telefonla danışıb və bu gün görüşüb məsələni aydınlaşdıracaq: “Onlara ADP-nin Ali Məclisi adı ilə toplantının keçirilməsinə icazə verilsə, mən Mirmahmud bəylə bağlı da məhkəməyə müraciət edəcəyəm”. S. Cəlaloğlu KXCP-nin qərargahında Ali Məclisin iclasının keçirilməsinin mümkün olmadığını da bildirib. Onun sözlərinə görə, KXCP-nin zalında maksimum 20-22 nəfər iclas keçirə bilər: “Orada 30 nəfərlə iclasın keçirmək mümkün deyil”. S. Cəlaloğlu, ümumiyyətlə, belə bir iclasın keçirilməsini biabırçılıq hesab edir: “Bu, Rəsul Quliyevin ADP-nin parçalanması barədə verdiyi qərarın icrasıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR