Bank Of Baku

Bu gün ermənilərin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 15 il ötür

Bu gün ermənilərin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməsindən 15 il ötür
# 17 fevral 2007 10:23 (UTC +04:00)
APA-nın məlumatına görə, 1992-ci il fevralın 17-də ermənilər xaricdən gətirilmiş muzdluların və Xankəndində yerləşən 366-cı motoatıcı alayın əsgərlərinin köməyi ilə Qaradağlını işğal edə biliblər. Həmin ilin yanvarından fevralın 17-dək kəndin 78 sakini həlak olub, onlardan 54-ü bir gündə şəhid olub. Ümumilikdə isə ermənilərə qarşı mübarizədə kənd 142 qurban (15 qadın, 13 uşaq) verib. Sonuncu günə qədər kəndi qoruyub saxlayan yerli özünümüdafiə batalyonunun döyüşçüləri sursat qurtarana qədər düşmənlə döyüşüblər, kömək gəlmədiyindən isə mühasirəyə düşüblər. Onlardan bir neçəsi erməni-rus birləşmələri tərəfindən əsir götürülüb. Xankəndə aparılan qaradağlılarından 33-ü yolda güllələnib, əksəriyyəti yaralı vəziyyətdə quyuya atılıb, üstü torpaqla örtülüb. Təkcə Qaradağlı kəndinin hər on sakinindən biri şəhid olub.
Qeyd edək ki, sahəsi 1458 kv.km olan Xocavənd rayonu 1 şəhər, 2 qəsəbə, 83 kənddən ibarətdir. Ən qədim yaşayış məntəqələrindən biri-Azıx mağarası bu rayonun ərazisində yerləşir. V-VII əsrlərə aid “Ritiş”, “Ərgünəş”, XIII əsrə aid “Rzaqulu Bəy” türbəsi, 1241-ci ildə inşa olunmuş “Alban” məbədi və başqa tarixi abidələr işğaldan sonra ermənilər tərəfindən dağıdılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR