Bank Of Baku

AMİP İranın Azərbaycandakı səfirliyi qarşısında piketləri davam etdirmək niyyətindədir

AMİP İranın Azərbaycandakı səfirliyi qarşısında piketləri davam etdirmək niyyətindədir
# 17 fevral 2007 10:26 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) İranın Azərbaycandakı səfirliyi qarşısında piketləri davam etdirmək niyyətindədir. Bu barədə APA-ya məlumat verən partiyanın təbliğat və mətbuat katibi Əli Orucov bildirib ki, fevralın 21-də beynəlxalq ana dili günündə səfirliyin qarşısında növbəti aksiyanın keçirməyi nəzərdə tutulsa da, fevralın 25-də partiyanın Mərkəzi Şurasının iclasının keçiriləcəyini nəzərə alan rəhbərlik aksiyanı təxirə salıb. Ə. Orucov növbəti aksiyanın Mərkəzi Şuranın iclasından sonra keçiriləcəyini deyib. O, piketin tələblərinin dəyişməyəcəyini, aksiyada həbs olunmuş Güney Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarının azad edilməsi və soydaşlarımıza ana dilində təhsil almaq üçün şərait yaradılması tələb olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR