Bank Of Baku

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi Beynəlxalq Amnistiya Təşkilatına, BMT-yə və Avropa Şurasının baş katibinə müraciət edib

Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi Beynəlxalq Amnistiya Təşkilatına, BMT-yə və Avropa Şurasının baş katibinə müraciət edib
# 17 fevral 2007 11:03 (UTC +04:00)
Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi (DAHMK) Beynəlxalq Amnistiya Təşkilatına, BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığına, Avropa Şurasının baş katibi Terri Devisə və dünyanın kütləvi informasiya vasitələrinə İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almalarına qoyulan qadağalarla bağlı müraciət edib. DAHMK-dan APA-ya verilən məlumata görə, müraciətdə fevralın 21-nin dünyada “Ana dili günü” kimi qeyd edildiyi xatırlanıb və İranda yaşayan milyonlarla azərbaycanlıların bu hüquqdan məhrum edildiyi qeyd olunub: “İranın tərkibində olan Güney Azərbaycanın 30 milyon əhalisi ana dilində təhsil alması üçün ibtidai məktəbi də yoxdur. Bu assimilyasiya siyasəti dünyanın gözü qabağında cərəyan edərkən insan haqları ilə məşğul olan təşkilatlar və demokratiya uğrunda mübarizə aparan qüvvələrin seyrçi qalması anlaşılmazdır. Bu günə qədər dil haqqını istəyən Güney azərbaycanlılar Tehran rejimi tərəfindən təhqirlərə məruz qalır, həbs olunur, zindana salınaraq işgəncələrə məruz qalır, hətta öldürülür”. Müraciətdə fevralın 21-də “Ana dili günü” ilə bağlı nəzərdə tutulan seminar, toplantı, yazı, çıxış və başqa fəaliyyətlərin qarşısını almaq üçün Güney azərbaycanlıların hüquq-mühafizə qüvvələri tərəfindən saxlanıldığı da bildirilib: “Saxlanılanların yeri ailələrindən gizlədilir. Sizdən israrla xahiş edirik ki, bu məsələyə münasibət bildirərək, saxlanılanların durumu ilə yaxından maraqlanasınız”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR