Bank Of Baku

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin Azərbaycana səfəri başlayıb

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin Azərbaycana səfəri başlayıb
# 17 fevral 2007 11:58 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv açıqlamasında məlumat verən xüsusi nümayəndə bildirib ki, Azərbaycana səfəri marta planlaşdırılsa da, iş qrafikində yaranmış imkandan istifadə edərək, səfəri bir ay əvvəl reallaşdırmağa qərar verib. P.Semnebi bu gün Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüyünü, sabah isə regionlardakı məcburi köçkün şəhərciklərinə baş çəkəcəyini deyib. Səfəri çərçivəsində xüsusi nümayəndə fevralın 19-da xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə bir araya gələcəyini, fevralın 20-də QHT təmsilçiləri və hüquq müdafiəçiləri ilə görüşəcəyini vurğulayıb. P.Semnebi səfərin yekunlarına dair mətbuat konfransı keçirəcəyini də bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR